16 May 2021 10:15
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan lideri Ramzan Kadırov UFC döyüşçüsü Həbib Nurməhəmmədovu sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, çeçenlərin başçısı Həbinin Rusiya və Çeçenistanın uğurları üçün döyüşmək istəmədiyini bildirib.

Kadırov onu “Rusiyanın ən siyasətcil idmançısı” və “UFC-nin layihəsi” adlandırıb.

Onun sözlərinə görə, Çeçenistanın “Akmat” klubu yenidən meydana qayıtması üçün Nurməhəmmədova pul təklif etməyə hazırdır. Lakin onun Rusiyanın bayrağı altında döyüşməkdən boyun qaçırdığını iddia edib.

Ramzan Kadırovun sözləri Rusiyada geniş ictimai rezonansa səbəb olub.

Qeyd edək ki, UFC-da mübarizə aparan isveçli döyüşçü Həmzət Çimayev keçmiş çempionla döyüşməyə hazır olduğunu açıqlayıb.

Həbib Nurməhəmmədov keçmiş UFC çempionudur. O, 29 döyüşdə qazandığı 29 qələbə hesabına bu titulunu sonadək qoruyub.

Həbib ötən il karyerasını başa vurduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər