16 May 2021 22:27
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Baş naziri Boris Consonun keçmiş məşuqəsi, amerikalı Cennifer Arkuri onunla sevgi münasibətlərinin tarixçəsi əsasında televiziya dramı yazıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat verib.

Nəşrə görə, drama Arkuri ilə Londonun o vaxtkı meri Conson arasında iddia edilən sevgi hekayəsi ətrafında qurulacaq. 36 yaşlıArkurinin televiziya əsərində yaratdığı “Boris Conson” obrazı “sekso-manyak siyasətçi” xarakteri daşıdığı deyilir.

“Netflix”, “Amazon” və “Disney +”-un artıq ssenari ilə maraqlandığı vurğulanıb.

Conson bundan əvvəl Arkuri ilə qalmaqallı eşq münasibətlərinə görə istintaqın irəli sürdüyü ittihamları qəbul etməyib. Bu qalmaqal Consonun London meri olduğu dövrü - 2008-2016-cı illəri əhatə edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər