Portuqaliya bir həftə ərzində öz sərhədində ikinci dəfə F-16 qırıcılarını havaya qaldırmalı olub. Buna səbəb ölkənin sahilində - beynəlxalq sularda Rusiya bombardmançılarının qeydə alınmasıdır.
Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, NATO-nun cənub sərhədləri yaxınlığında yaxalanan rus təyyarələri portuqal qırıcılarının müşayiəti ilə ərazidən uzaqlaşdırılıblar..
Faktı Portuqalın müdafiə naziri Aquiar Branko Xose Pedro da təsdiqləyib.
Nail Cəlil