21 May 2021 14:40
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

M1A2C (M1A2SEPv3) “Abrams” tankı Alyaska üçün tipik olan temperaturda mükəmməl işləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” ABŞ ordusu tərəfindən döyüş texnikasında aparılmış sınaqların nəticələrinə istinad edərək yazıb.

Nəşr 74 tonluq M1A2C “Abrams”ın daşınması üçün çox ağır olduğuna diqqət çəkib.

Jurnala görə, Şərqi Avropadakı bu döyüş texnikaları Amerika tanklarından üstün olan Rusiya tankları ilə mübarizə aparmalı olacaq.

“Rus tankları Amerikadakından daha yüngüldür. “T-90” yalnız 53 ton kütləyə malikdir. Bu, onun döyüş qabiliyyətini və hərəkətini asanlaşdırır”, - “Forbes” yazıb.

Nəşr “Abrams”ın növbəti versiyasının indiki versiyasından daha ağır ola biləcəyini də bildirib.

Qeyd edək ki, “19FortyFive” portalı bir neçə gün əvvəl Rusiyanın hazırda “dünyanın tank kralı” olduğunu iddia edib. Bundan sonra Amerikadan “Abrams”ın Sovet istehsalı “T-55”, “T-62” və hətta “T-72” tanklarından üstün olduğu deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər