Suriyada prezident Bəşər Əsədə sadiq qüvvələrin hücumları nəticəsində 72 nəfər öldürülüb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə Suriya Yerli Koordinasiya Komitəsi məlumat verib. Qeyd olunur ki, onlardan 43 nəfər həbsxanalarda işgəncə nəticəsində həyatını itirib.
Bundan əlavə Dəməşq, Kobani, Hələb və Rakkada sutka ərzində baş verən hadisələr zamanı ümumilikdə 96 nəfər həlak olub.
Samir