25 May 2021 22:43
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putin strateji sabitlik, Ukrayna və Belarusla bağlı məsələləri müzakirə edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

“Strateji sabitliyə geniş vaxt ayıracaqlarını gözləyirik. Bu, silahlanma üzərində nəzarət məsələsini də ehtiva edir. Bundan başqa, Bayden Ukrayna mövzusunu gündəmə gətirəcək və ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini qeyd edəcək”, - deyə Psaki qeyd edib.

Ağ Ev rəsmisinin sözlərinə görə qarşıdakı həftələr ərzində də yeni mövzular meydana çıxa bilər.

Qeyd edək ki, Baydenlə Putinin görüşü iyunun 16-da Cenevrədə baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər