Donbasdakı separatçı qüvvələrin açdığı atəş nəticəsində Ukrayna ordusunun bir hərbçisi yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Əməliyyat Qüvvələrinin qərargahı məlumat yayıb.
Hərbçinin snayper tərəfindən yaralandığı bildirilib.
Rəsmi Kiyev son bir gündə düşmənin tank əleyhinə silahlardan, qumbaraatanlardan, minaatanlardan və atıcı silahlardan istifadə edərək atəşkəs rejimini səkkiz dəfə pozduğunu açıqlayıb.
Ukrayna hərbçiləri separatçılara məxsus bir dronu vurub.