30 May 2021 00:47
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nevada ştatında kompüterlərin ehtiyat hissələrinin satışı ilə məşğul olan “Top One Zone” şirkətinin sahibi xanım Tina Çen İrana qarşı tətbiq olunan sanksiyalar rejimini pozduğuna görə həbs edilib.

Teleqraf.com ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanata istinadla xəbər verir ki, xanım biznesmen 2015-ci ilin noyabrından başlayaraq 2019-cu ilin mayına kimi digər şirkətlərdən kompüter avadanlıqları alaraq Hoq-Konqda fəaliyyət göstərən bəzi şirkətlər vasitəsilə İrana satıb.

ABŞ qanunlarına əsasən, sanksiyalar rejimini pozan Tina Çeni 20 il müddətində azadlıqdan məhrum etmə və 1 milyon dollar həcmində cərimə gözləyir.

İyulun 26-da Nevada məhkəməsində T.Çenə qarşı qaldırılan cinayət işi üzrə ilk dinləmə keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər