ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) Amerika və Danimarka arasındakı kabel razılaşması ilə çox sayda yüksək səviyyəli avropalı siyasətçini, xüsusən Almaniya Kansleri Angela Merkeli izlədiyi bildirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Danimarka İctimai Televiziyası (DR) məlumat yayıb.
Məlumata görə, NSA Merkellə yanaşı Almaniyanın keçmiş xarici işlər naziri, hazırkı Prezident Frank-Valter Şaynmayer, müxalifət lideri Per Ştaynbük, eləcə də Norveç, İsveç və Fransada olan siyasətçilər və yüksək vəzifəli dövlət rəsmilərini gizlicə dinləyib.
NSA həmin şəxslərin telefon nömrələrini izləyərək, onların bütün şəxsi və əlaqə məlumatlarına çatıb.
Qeyd olunub ki, Danimarka Hərbi Kəşfiyyatı və NSA arasında Rusiya və Çini izləmək üçün Danimarkadan keçən telekommunikasiya kabelləri ilə bağlı bir razılaşma əldə edilib.
Danimarka və ABŞ arasında 1990-cı illərin sonlarında imzalanmış kabel müqaviləsinə görə, Danimarka hökuməti ABŞ-a quru ərazisi və ərazi sularından keçən internet və telekommunikasiya kabellərindəki məlumatları əldə etməyə imkan verir.
Danimarkanın dünyada internet və telekomunikasiya əlaqələrində əhəmiyyətli mövqeyə sahib olduğu deyilib.