Efiopiyada ABŞ-ın ölkənin daxili işinə qarışmasına etiraz edən minlərlə insan küçələrə çıxıb.
Teleqraf.com xəbər verir ki, paytaxt Ədid Əbəbənin mərkəzi meydanında toplanan etirazçılar “Xarici təzyiqlərə boyun əyməyəcəyik”, “Liderimizi biz seçdik” şüarları səsləndiriblər.
Etirazçılar, eyni zamanda, Efiopiyanın müttəfiqi kimi qəbul etdikləri ölkələrin liderlərinin - Rusiya dövlət başçısı Vladimir Putin, Çin başçısı Xi Cinpinq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın portretlərini qaldırıblar.
ABŞ hökuməti mayın 24-də hərbi əməliyyatların aparıldığı Tiqrayda baş verənlər səbəbindən Efiopiya və Eritreya hökumətlərinin bəzi nümayəndələrinə sanksiya tətbiq edib.