Ukrayna separatçıları noyabrın 2-də "seçkilər" keçirməklə yanaşı, rəsmi Kiyevə hərbi güx nümayiş etdirməyə də çalışıblar. Belə ki, Donetskdə "parlament və prezident" keçirildiyi vaxtda Luqanskda rus ordusuna məxsus müasir hərbi texnika "Novorossiya qoşunlarının paradı" adı altında meydana çıxarıblar. “Luqansk Xalq Respublikası” separatçı qurumu Luqansk şəhərinin mərkəzində Rusiya hərbi texnikası və “Novorossiya ordusu”nun hərbçilərini nümayiş etdirib.
Teleqraf.com "censor.net.ua” saytına istinadən “parad”dan çəkilən fotoları diqqətinizə təqdim edir.