5 İyun 2021 13:17
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monqolustanda Sağ Seçicilər Koalisiyasından prezidentliyə namizəd Danqaasurenqiyn Enxbat səsvermə gününə dörd gün qalmış COVID-19-a yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Şənbə günü namizəd və onun həyat yoldaşının koronavirus testi Enxbatın “Tvitter”də yazdığı kimi müsbət çıxıb: “Hazırda özümüzü təcrid etmişik, hələlik heç bir simptom yoxdur”.

Enxbat bildirib ki, o və arvadı ikikomponentli “Sinopharm” peyvəndinin birinci dozasını alıblar.

Monqolustanda prezident seçkiləri iyunun 9-a təyin edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər