9 İyun 2021 11:53
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya müharibəsində on minlərlə müsəlmana qarşı soyqırıma liderlik etmiş “Bosniya qəssabı” ləqəbli Ratko Mladiç barəsində ömürlük həbs cəzası Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, keçmiş Yuqoslaviyanın Beynəlxalq Cinayət Tribunalı Mladiçi soyqırım və bəşəri cinayət törətdiyi, eləcə də müharibə qaydalarını pozduğu üçün ömürlük həbs cəzasına məhkum etmişdi.

Apellyasiya üçün müraciət edən Mladiçin tələbi Haaqa məhkəməsi tərəfindən rədd olunub.

BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet Mladiçlə bağlı qərarın təsdiqlənməsini alqışladığını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər