15 İyun 2021 14:26
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatının qırmızı kateqoriyada axtarışa verilən, “Türkiyə əmirliyinin lideri” adlandırılan Qasım Gülər Suriyada keçirilən əməliyyatda tutularaq Türkiyəyə gətirilib.

Teleqraf.com xəbər verir ki, əməliyyatın Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) keçirib.

Axtarılanlar siyahısında olan Gülərin İŞİD-dəki kod adı Əbu Usamə əl-Türki olub.

Terrorçunun rəhbərliyi ilə Türkiyəyə qarşı rezonans doğuracaq qanlı plan hazırlığı apardığı, lakin əməliyyatla bunun qarşısının alındığı bildirilir.

Bundan əvvəl Qasım Gülər silah və partlayıcı maddələrlə qanunsuz olaraq Türkiyəyə keçməyə hazırlaşdığı barədə kəşfiyyat məlumatı əldə olunub.

Uzun müddətdir MİT tərəfindən izlənilən Gülər ​​Suriyada aparılan əməliyyatda yaxalanaraq dindirilmək üçün Türkiyəyə gətirilib.

Gülər 2008-2010-cu illər arasında Əfqanıstan və Pakistana gedib, münaqişə bölgələrində fəaliyyət göstərib və 2014-cü ildə İŞİD-ə qoşulub. O, eyni zamanda, İŞİD-in Rusiya, Türkiyə və Avropa ölkələrindəki şəbəkələrinin maliyyə işlərinə cavabdehmiş.


Müəllif: Mənsur Rəğbətoğlu