Çin donanmasının ən böyük qırıcı daşıyan gəmisi "Tip 003" modifikasiyadan sonra dünya arenasında yerini alacaq.
Teleqraf.com xəbər verir ki, Çinin üçüncü ən böyük gəmisinin inşası 2018-ci ildən başlayıb.
Son üç ayda gəminin ana gövdəsi tam hazır vəziyyyətə gətirilib. Gəmi xüsusi özəlliyə sahib olacaq. Ağır və çətin havaya qalxan yük təyyarələri bu gəminin platformasından istifadə edəcək. Pekinin bu gəmidən daha çox Şərqi Çin dənizində yararlanacağı gözlənilir.
Xatırladaq ki, hazırda Şərqi Çin dənizində ABŞ liderliyində üç dövlət Çinə qarşı güc nümayiş etdirir.