19 İyun 2021 10:40
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə müdafiə naziri Ben Uolles Baş nazir Boris Conson və Rusiya Prezidenti Vladimir Putin arasında görüşün keçirilməsinin mümkünlüyündən danışıb.

Teleqraf.com xəbər verir ki, o, bunun üçün Londonun şərtlərinin olduğunu bildirib.

“Təəssüf ki, biz hələ də Rusiyadan zərərli davranışlar görürük. Rusiya ilə münasibətləri normallaşdırmaq üçün addım atacağımıza ümid edirik, amma bu, müəyyən addımlardan sonra baş verəcək”, - Uolles Consonun görüşə açıq olduğunu söyləyib.

Söhbət Putinin amerikalı həmkarı Co Baydenlə görüşündən sonra Qərbin Rusiyadan gözlədiyi addımları atmasından gedir.

Uolles danışıqların ardından ölkələr tərəfindən konkret addımların atılmasının vacib olduğunu vurğulayıb. O, Putin-Bayden görüşünü bunun üçün “uğurlu başlanğıc” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu