Səudiyyə Ərəbistanının Əl-Xasa əyalətində naməlum silahlılar küçədən keçənləri atəşə tutublar.
Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Şahidlərin bildirdiyinə görə, üç nəfər üzü maskalı silahlı şəxs tapança və avtomatlardan küçədə insanlara atəş açıb. Hazırda faktla bağlı araşdırma aparılır.