4 Noyabr 2014 12:03
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanacaq daşıyan maşın Los-Anceles beynəlxalq hava limanında boş təyyarə ilə toqquşub.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, hadisə nəticəsində yük maşınının sürücüsü xəsarət alıb.

Xilasedicilər zərərçəkmişi yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdiriblər. Onun vəziyyəti ilə bağlı heç bir məlumat verilmir.

Rəsmilər qəza nəticəsində can itkisinin olmadığını bildiriblər. Polis hadisənin səbəblərini araşdırır.

Samir


Müəllif: