26 İyun 2021 18:45
1 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Əfqanıstandan çıxmasından sonra paytaxt Kabildəki Həmid Kərzai hava limanının Türkiyə tərəfindən işlədilməsi və təhlükəsizliyinin qorunmasına dair Müdafiə Nazirliyində Türk və ABŞ heyətləri arasında danışıqlar davam etdirilir.

Teleqraf.com-un məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edib ki, Kabil hava limanı ilə əlaqədar ABŞ və Türkiyə heyətləri arasında danışıqların davam etdirilməsi razılaşdırılıb.

ABŞ qaynaqları bildirir ki, hava limanında ABŞ ordusuna məxsus hava müdafiə sistemləri və personalın olması məsələsində razılıq əldə edilib.

Qaynaqlar 650 ABŞ əsgərinin bölgədə qalacağını iddia ediblər.


Müəllif: Cavad

Oxşar xəbərlər