Türkiyənin Şanlıurfa şəhərində iki ailə arasında qan tökülüb.
Teleqraf.com xəbər verir ki, ailələr arasında dava zamanı 7 nəfər yaralanıb.
Döyüş Şanlıurfanın Qarşıyaka məhəlləsində baş verib. Evli cütlüyün mübahisələrinə kənar şəxslərdə qoşulduqdan sonra hadisə böyüyüb. Silah, daş və odun parçalarından istifadə olunan davada 7 nəfər yaralanıb. Davada xüsusi fəallıq göstərən şəxslər qaçıb, yaralananlar isə evlərinin qarşısında təcili tibbi yardım avtomobillərini gözləyib.