Hindistan Çinlə şimal qərb sərhədlərinə 50 min hərbçi göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə xəbəri ABŞ mediası yayıb.
Məlumata görə, 50 mindən çox hərbçi Cammu Kəşmir və Ladak Birlik ərazisində yerləşdirlib.
Bundan başqa, bölgəyə ağır silahlar və təyyarələrdən ibarət qrup da göndərilib.
Adının çəkilməsini istəməyən Hindistan rəsmisi hazırda Çinlə sərhəddə 450 mindən çox hərbçi olduğunu bildirib.