Çexiyanın Rusiyadakı səfiri Vitezslav Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Telegram"da paylaşım edib.
O, Çexiya diplomatının Vrbetitsada baş vermiş partlayışla bağlı yeni bəyanatlardan sonra Rusiya XİN-ə dəvət olunduğunu vurğulayıb.
Qeyd edək ki, bu günlərdə Praqa Moskvadan Vrbetitsadakı silah anbarında baş vermiş partlayışa görə 25 milyon avro və ölkənin Rusiyaya dost olmayan ölkələrin siyahısından çıxarılmasını tələb edib.