Şri Lanka 10 nəfərin ölümü, 28 nəfərin itkin düşməsi ilə nəticələnən torpaq sürüşməsi başa verib.
Colombonun 220 kilometr şərqində - Badulla bölgəsindəki Koslanda yaşayış məntəqəsində meydana sürüşmə itkilərə səbəb olmaqla yanaşı, tikililərə, binalara, eləcə də yerli təsərrüfata ciddi ziyan vurub.
Bölgədə təxminən 2 min adam müvəqqəti düşərgələrə yerləşdirilib. Sürüşmədən sonra 250-dən çox adamın torpaq altında qaldığı bildirilsə, sonradan bu rəqəmin həqiqətəuyğun olmadığı aydınlaşmışdı.
Hindistanın cənubunda, Hind Okeanında yerləşən ada dövləti Şri Lankada 21 milyon əhali yaşayır. 1972-ci ilə qədər Seylon adını daşıyan bu ölkə dünyanın mühüm çay istehsalçılarından biri olaraq tanınır.
Nail Cəlil