İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 250 nəfər yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölkədə koronavirusa yoluxanların sayı 842 621 nəfərə çatıb.
Son sutka koronavirusdan ölüm halı qeydə alınmayıb və ölənlərin ümumi sayı 6 429 nəfərə təşkil edir.
Hazırkı dövrədək koronavirusa yoluxanlardan 833 794 nəfəri sağalıb, aktiv xəstələrin sayı 2 398 nəfərə qədər artıb.