5 Noyabr 2014 08:07
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ vitse-prezidenti Co Baydenin qarşıdakı səfəri çətin ki, onun üzrxahlıq etməkdən imtina etməsi ilə əlaqədar pozula bilər.

Teleqraf.com-un "Anadolu" agentliyinə istinadən məlumatına görə, nazirliyinin nümayəndəsi Tanju Bilqiç mətbuat-konfransında çıxış edərək, bildirib: "Baydenin iradlarından sonra Ağ Evin mətbuat katibi Coş Ernest və vitse-prezidentin mətbuat katibi Kendra Barkoff Baydenin üzr istəməyi barədə bəyanatlarla çıxış ediblər və bu fakt sonradan KİV-lərdə geniş əksini tapıb ".

Bilqiç qeyd edib ki, bu məsələ ilə bağlı əlavə şərhlər vermək yanlış olardı.

"Mən düşünmürəm ki, bu Baydenin səfəri zamanı hər hansı problemlər yarada bilər", - Bilqiç bildirib.


Müəllif: