5 Noyabr 2014 12:07
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın milli məsələlər üzrə naziri Əli Heydər ABŞ və Türkiyə ilə bağlı kəskin bəyanatlar verib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Heydər Türkiyə ilə vəziyyətin gərginliyini diqqətə çatdırıb:

“Amerikanın dost olduğunu kim söylədi? Hazırda ortaq maraqlar ola bilər, amma bu dost olduğumuz anlamına gəlmir. ABŞ Suriyanın xaç atası deyil. Amerika bu ana qədər Suriya xalqının düşməni olub. Amerikanın məqsəd və strategiyaları dəyişmədiyinə görə hələ də bizim düşmənimizdir. Türkiyənin mövqeyini böhranın əvvəlindən bəri pisləmişik. Hazırda Türkiyə ilə müharibə vəziyyətindəyik. Hər kəs də bunu bilir”.

Samir


Müəllif:

Oxşar xəbərlər