9 İyul 2021 13:32
2 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əfqanıstan-Tacikistan sərhədində gərginlik kəskin şəkildə artıb, sərhədlərin üçdə ikisinə nəzarət Taliban tərəfindən ələ keçirilib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

“Son vaxtlar Əfqanıstan-Tacikistan sərhədində gərginliyin kəskin artdığını müşahidə edirik. Taliban hərəkatı sərhəd bölgələrinin əksəriyyətini sürətlə ələ keçirib və hazırda ölkə sərhədlərinin üçdə ikisinə nəzarət edir”, - Zaxarova bildirib.

Rusiya Əfqanıstandakı tərəfləri təmkinli olmağa və gərginliyi ölkə xaricinə daşımamağa çağırır.

Zaxarova görə, Rusiya Federasiyası lazım gələrsə, Tacikistan və Əfqanıstan sərhədində ərazi təxribatlarının qarşısını almaq üçün bütün tədbirləri görəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər