11 İyul 2021 19:04
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya Prezidenti Məhəmməd Buxari Zamfara və Kaduna əyalətlərindəki hücumlardan sonra ordunu silahlıları “əzməyə” çağırıb.

Teleqraf.com xəbər verir ki, Buxari Zamfara və Kaduna əyalətlərində silahlı şəxslərin hücumlarını qınayıb.

Təcavüzkarlara anlaya biləcəkləri bir dildə cavab verməli olduqlarını dilə gətirən Buxari ordunu silahlıları “əzməyə” çağırıb.

Prezident kəndlərdə günahsız vətəndaşların öldürülməsinə sərt cavab veriləcəyinə əmin olduğunu söyləyərək, hərbi və digər təhlükəsizlik qurumlarının hazırda ölkənin problemli bölgələrində yeni metod və siyasət üzərində işlədiklərini diqqətə çatdırıb.

İyulun 9-da Zamfara və Kaduna əyalətlərində silahlı şəxslərin hücumları nəticəsində 45 nəfər həyatını itirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər