15 İyul 2021 23:39
2 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ döyüş təyyarələri istehsalçısı “Lockheed Martin”lə Yaponiyanın “F-35” proqramı üçün 23 milyon dollarlıq müqavilə imzaladığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.

Beləliklə, proqramdakı iştirakçı sayının yenidən 9 nəfərə çatdırılması üçün ilk addım atılıb.

“ “Fort Worth” və “Lockheed Martin Aeronautics” ilə 23.18.589 dollar dəyərində müqavilə bağlanıb. Bu müqavilə Xarici Hərbi Satış (FMS) proqramına tabe olan ölkənin F-35-ə inteqrasiyasını əhatə edir”, - açıqlamada qeyd edilib.
Sözügedən ölkənin Yaponiya olduğunu bildirən açıqlamada müqavilənin 2025-ci ilin martında başa çatacağı deyilib.
Yaponiya “F-35A” və “F-35B” seriyalarını almaq üçün ABŞ-la 23 milyard dollarlıq alış-veriş danışıqlarına başlayıb.

Qeyd edək ki, Rusiyadan “S-400” müdafiə sistemləri alması səbəbiylə Türkiyənin “F-35” proqramındakı iştirakı 2019-cu ilin iyul ayında dayandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər