Yay tətilinin başlaması ilə Fransa daxilində tıxacların uzunluğu 1053 kilometri ötüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Bison Fute dövlət yol hərəkəti saytı məlumat yayıb.
Bu gün saat 12:05 radələrində 1053 kilometr tıxac qeydə alınıb. Ötən şənbə günortadan sonra tıxacların uzunluğu 1166 kilometr olub. Ölkə ərazisində gediş qırmızı, dönüş isə narıncı rənglə təsnif edilib. Marsel istiqamətində 178.3 kilometr, Böyük Şərq istiqamətində isə 136.5 kilometr tıxac qeydə alınıb.
“Bison Fute” saytının məlumatına əsasən ölkənin bəzi yollarında tıxacların 10 saatdan 16 saata qədər, digərlərində isə 9 saatdan 16 saata qədər davam edəcəyi ehtimal olunur.