19 İyul 2021 17:44
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Baş naziri Mustafa el-Kazimi vəzifədə olduğu müddətdə 3 dəfə sui-qəsdə məruz qaldığını bildirib.

Teleqraf.com xəbər verir ki, 2020-ci ilin mayından baş nazir vəzifəsi postunda əyləşən Kazimi bu barədə Səudiyyə Ərəbistanı televiziya kanalına danışıb.

Baş nazir olduğu müddətdə üç dəfə sui-qəsdə məruz qaldığını ifadə edən Kazimi bunların hansı tarixlərdə və kimlər tərəfindən həyata keçirildiyini deməyib:

“Buna baxmayaraq narahat deyiləm və qorxmuram da. Ölkəmizin idarə olunması üçün ortaya qoyduğumuz plan çərçivəsində işləməkdə davam edəcəyik”.


Müəllif: Cavad

Oxşar xəbərlər