Nigeriyada 13 polis əməkdaşı öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Nigeriya mediası yazıb.
Məlumata görə, hadisə Nigeriyanın Zamfara əyalətində yaşanıb. Ərazidə xidmət aparan polislər hücuma mərz qalıb. 13 polis əməkdaşının öldürüldüyü hücumun kim tərəfindən törədildiyi bəlli deyil.
Həmçinin hücum zamanı 7 polis əməkdaşı yaralanıb.
Qeyd edək ki, bundan əvvəl Nigeriya dövlət başçısı Məhəmməd Buhari təhlükəsizlik problemləri səbəbindən əyaləti “uçuşa qadağan” bölgə elan edərək ərazidə mədənlərin fəaliyyətini dayandırıb.