Fransada Prezident Emmanuel Makronun məcburi peyvənd vurdurma qərarına qarşı etirazlar davam edir.
Teleqraf.com xəbər verir ki, artıq Makrona qarşı sərt reaksiyalar yol kənarlarında quraşdırılan billboardlara köçürülüb.
Tulon və Seyn-sur-Mer şəhərlərinin yollarındakı reklam lövhələrində Makronun Nasist Almaniyasının lideri Adolf Hitlerə bənzədilən karikaturaları yerləşdirilib.
“İtaət edin, peyvənd vurdurun” şüarlarının yer aldığı lövhələrin üzərinə spreylə “Utan” şüarı yazılıb.