Rusiyanın yeni və bahalı silah yarışına sürüklənməsinə icazə verməyəcəyik.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov söyləyib.
“Hər hansı təhdid və ultimatumu nəzərə almayacağıq, onlara qətiyyətlə müqavimət göstərəcəyik, suverenliyimizi daha da gücləndirərəcəyik. İstər təcrid olunmağa, istərsə də qarşıdurmaya getməyəcəyik. Rusiyanın yeni və bahalı silah yarışına girməsinə imkan verməyəcəyik. Artıq özümüzü qorumaq üçün lazım olan hər şeyə sahibik”, - Lavrov bildirib.
Onun fikrincə, Qərbə birtərəfli güzəştlər zəiflik kimi qiymətləndiriləcək: “1980-1990-cı illərdəki təcrübəmiz var ki, tərəfimizdən hər hansı bir güzəşt yalnız zəiflik kimi qəbul edilir. Tərəfdaşlarımız bunu necə edəcəyimizi bildikləri üçün güzəştləri ciblərində gətirirlər və sonra getdikcə daha çox qəbuledilməz tələblər irəli sürürürlər”.
Lavrov Moskvanın müstəqil, milliyönümlü və praqmatik xarici siyasət aparacağını vurğulayıb.