24 İyul 2021 19:57
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən sutka ərzində Cənubi Afrika Respublikasının (CAR) müxtəlif şəhərlərində rekord aşağı temperatur qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, CAR meteorologiya xidməti ölkənin bir sıra şəhərlərində 19 yeni rekordun müəyyən edildiyini bildirib. Yohannesburq şəhərində havanın hərarəti mənfi 7 dərəcəyədək enib. Şəhərdə əvvəlki aşağı temperatur rekordu 1995-ci il iyulun 19-da qeydə alınmışdı – mənfi 6,3 dərəcə. Kimberli şəhərində isə termometrlər mənfi 9,9 dərəcəni göstərib. 2000-ci ildə burada havanın hərarəti mənfi 8,1 dərəcəyə enmişdi.

Ölkənin bəzi rayonlarına qar yağıb. Meteoroloqlar yaxın zamanlarda temperaturun normaya düşəcəyini proqnozlaşdırırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər