Çinin Qansu əyalətindəki Dunhuanq şəhərini qum fırtınası bürüyüb.
Teleqraf.com xəbər verir ki, fırtına səbəbindən şəhərdə görmə məsafəsi beş metrdən də aşağı düşüb.
100 metr hündürlüyü keçən qum fırtınası bir neçə dəqiqə içərisində şəhərin böyük hissəsinə təsir edib.
Yol polisi görmə məsafəsinin azalması səbəbindən sürücülərə magistral yollardan çıxaraq kənarda gözləmələri tövsiyə edib.
Olayın videosunu təqdim edirik: