29 İyul 2021 11:54
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyədə hansı hökumət hakimiyyətə gəlsə Krımı “Rusiya ərazisi” kimi tanımayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Yıldırım Bəyazid Universitetinin professoru Saleh Yılmaz deyib.

O, belə bir siyasi addımın mümkünsüzlüyünü Türkiyədə çox sayda Krım tatarının yaşaması ilə əsaslandırıb, bu səbəbdən Krımın “Rusiya ərazisi” kimi tanınmasının prezident və partiyasının seçkilərdə şansına mənfi təsir edə biləcəyinə diqqət çəkib.

Yılmaz Krım və Şimali Kipr Türk Cümhuriyyəti ətrafındakı vəziyyətin bir-birindən çox fərqli olduğunu və bunları müqayisə etməyin doğru olmadığını da vurğulayıb: “Krım Ukraynadan müstəqilliyini tələb etsə, Rusiyadan ayrı olsaydı, bəlkə də vəziyyət fərqli ola bilərdi”.

Bundan əvvəl Maltəpə Universitetinin professoru Həsən Ünal Türkiyə və Rusiyanın Moskvanın Şimali Kipri ​​müstəqil dövlət olaraq tanımasının qarşılığında Krımla bağlı müqavilə bağlaya biləcəyini söyləyib. Ünalın bu iddiasına Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov reaksiya verib. O, belə bir anlaşmanın mümkün ola bilməyəcəyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər