31 İyul 2021 18:13
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Əfqanıstandakı proseslərdə aktiv iştirak edir və Sincan Uyğur Muxtar Bölgəsinin təhlükəsizliyini təmin etmək üçün radikal Taliban hərəkatı ilə danışıqlar aparır.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Vasili Kaşin deyib.

Kaşin xatırladıb ki, Əfqanıstanda – Sincanda Çin hakimiyyəti ilə mübarizə aparan və müstəqillik tələb edən Şərqi Türküstan İslam Hərəkatının birləşmələri fəaliyyət göstərir:

“Pekinə görə, Əfqanıstan hökumətinin bu məsələdə Çin xüsusi xidmət orqanları ilə müəyyən səviyyədə əməkdaşlıq etməsi çox vacibdir. Çin hazırkı durumda Əfqanıstanda əsas üstünlüyün nə Talbinada, nə də hökumətdə olduğunu görür, buna görə də vəziyyətdən istifadə etməyə çalışır. Çinin Əfqanıstanda əməliyyatlara başlaması üçün müvafiq anlaşmalara ehtiyacı var”.

Kaşin qeyd edib ki, Çin, eyni zamanda Əfqanıstanda infrastruktur və təbii sərvətlərin istismarı ilə bağlı layihələrdə maraqlı ola bilər.

Onun sözlərinə görə, Əfqanıstan nəhəng iqtisadi sərmayələr üçün platformaya çevrilə bilər və Çin bundan istifadə etmək istəyir:

“Çin Pakistanla iqtisadi dəhlizini Əfqanıstan və hətta İrana qədər genişləndirə bilər”.

Ekspert hesab edir ki, Çin Əfqanıstanda həm də geosiyasi məqsədlər güdür: “Əfqanıstanda sabitliyin təmin edilməsi Çinin qlobal supergücə çevrilməsi yolunda daha bir uğuru kimi qiymətləndiriləcək. Əfqanıstanı qanadı altına almaqla Qərb və Mərkəzi Asiyada təsirini genişləndirməsinə kömək edəcək”.

Qeyd edək ki, bundan əvvəl Çin Xarici işlər naziri Van Yi Talibanın siyasi qanadının rəhbəri Abdullah Qəni Bəradərlə görüşüb. Nazir görüşdə Çinin Talibanı Əfqanıstanda əsas hərbi və siyasi qüvvə hesab etdiyini bildirib. Eyni zamanda, o, Talibanı Şərqi Türküstan İslam Hərəkatı və digər ekstremist qruplarla əməkdaşlıqdan çəkinməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər