3 Avqust 2021 09:49
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 3-də İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Qərbi Sumatra əyalətinin Padanq şəhərindən 228 kilometr cənub-qərbdə, ocağının 40 kilometr dərinlikdə yerləşdiyi qeyd edilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər