ABŞ pandemiya səbəbiylə öz vətəndaşlarına səyahətdən imtina etmək tövsiyəsinin verildiyi yüksək riskli ölkələr siyahısına 16 ölkə və adanı daxil edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzi (CDC) məlumat yayıb.
Siyahıya Andorra, Yunanıstan, İran, İrlandiya, Qazaxıstan, Liviya, Malta, eləcə də Lesoto və Kurasao (Hollandiya), Cəbəllütariq, Qvadalupe, Man, Martinika, San-Bartelemi, ABŞ-ın Vircinya və San-Martin adaları daxil olunub.
Bu ölkələrə və adalara səyahətlərin COVID-19 pandemiyasına yoluxma səbəbiylə risk yaratdığını bildirən CDC ABŞ vətəndaşlarına bu ölkələrə səyahət etməməyi tövsiyə edib.