6 Avqust 2021 18:00
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran polisi ölkənin cənub-şərq vilayətində keçirdiyi əməliyyat nəticəsində 1 tondan çox narkotik vasitəni müsadirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Sistan-Bəlucistan polis idarəsinin rəisi Əhməd Tahiri məlumat verib. O bildirib ki, daxil olan operativ məlumat əsasında keçirilən əməliyyat zamanı saxlanılan avtomobildən 1 ton 40 kiloqram narkotik vasitə müsadirə olunub. Həmçinin narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan bir neçə nəfər saxlanılıb. Hazırda istintaq aparılır.

Polis rəisi diqqətə çatdırıb ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstələr İran ərazisindən tranzit kimi istifadə edərək narkotik vasitələri Avropa ölkələrinə daşımağa cəhd edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər