10 Avqust 2021 12:04
1 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın yeni Prezidenti İbrahim Rəisinin birinci müavini təyin etdiyi Müxbir və Prezident Aparatının rəhbəri təyin olunan İsmayilinin də onun kimi sanksiya siyahısında olduğu diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, dünən Rəisi tərəfindən I vitse-prezident təyin olunan Məhəmməd Müxbir 2021-ci ilin yanvarından ABŞ-ın, Prezident Aparatının rəhbəri təyin olunan Qulam Hüseyn İsmayili 2011-ci ildən bəri Avropa Birliyinin “qara siyahısı”ndadır.

ABŞ Maliyyə Nazirliyinin bu ilin yanvar ayında verdiyi açıqlamada İranın dini lideri Əli Xameneyiyə bağlı şəkildə fəaliyyət göstərən və Müxbirin rəhbərlik etdiyi “İmam Xomeyninin əmrlərinin icrası Mərkəzi”nin siyasi müxaliflər, dini azlıqlar və mühacirətdə olan siyasilər də daxil olmaqla, rejimin əleyhdarlarına məxsus torpaqlara və əmlakları mənimsədiyini iddia edərək, mərkəz və rəhbərlərinin sanksiya siyahısına salındığını bildirib.

Avropa Şurası İsmayili ilə əlaqədar səyahət qadağası və aktivlərin dondurulması kimi qərarlar da daxil olmaqla, sanksiyaların 13 aprel 2022-ci il tarixinədək uzadıldığını açıqlayıb. İsmayili də Müxbir və Rəisi kimi insan haqlarını pozmaqda ittiham edilir.

Prezident Rəisi isə 1979-cu il inqilabından sonra siyasi məhbusların edam edilməsində və 2009-cu ildə sosial etirazların zorakı yollarla yatırılmasında oynadığı rola görə 2019-cu ilin noyabr ayında ABŞ tərəfindən sanksiya siyahısına daxil edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər