14 Avqust 2021 11:21
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, o, görüş zamanı xarici siyasətin prinsipial məsələləri barədə danışıb.

Rusiyanın kursu barədə

- Sentyabrda Dövlət Dumasına seçkilərdən sonra Rusiya xarici siyasət kursunu davam etdirəcək. Təxribatlara boyun əyməmək və öz yolumuzla getmək – bu, onilliklər ərzində, hətta gələcək əsrlər boyu ölkəmizin ən dərin maraqlarıdır. Bu kurs Rusiya xalqının iştirakı ilə sentyabrda keçiriləcək Dövlət Dumasına seçkilərin nəticələrinə görə inkişafa davam edəcək.

Rusiya xarici siyasətinin əsas vəzifəsi ölkənin daxili inkişafı üçün maksimum əlverişli xarici şəraiti yaratmaq, əhalinin rifahını yüksəltmək və Rusiya Federasiyası vətəndaşlarının hüquqlarını və beynəlxalq aləmdə biznesini təmin etməkdir.

Xarici siyasətin qarşımıza qoyduğumuz vəzifələri əks etdirməsi üçün hər bir səbəbimiz var.

Qərbin siyasəti haqqında

- Qərb son 500 ildə dünyada mövqeyini qorumaq üçün çılğın cəhdlər edir. Bu, hər kəsə və hər şeyə hakim olmaq üçün edilən təcavüzkar siyasətdir. Ancaq indi - çoxqütblü, çoxmərkəzli bir dünya formalaşdıqca Qərbin öz liberal dəyərlərini tətbiq etmək cəhdləri uğurlu olmayacaq.

Zelenskinin açıqlamaları haqqında

- Cənab Zelenskinin rusları Rusiyaya getməyə çağıran son açıqlamaları sadəcə qəzəbləndirici bir fikirdir. O, “Xalqın xidmətçisi” serialında əslində yaradıcılıq fəaliyyətində istifadə etdiyi şüarlarla prezident seçilən bir adamdır...

Cənab Zelenskiyə sənət üslubundan istifadə yoluyla fikirlərini izah edərkən serialı yenidən nəzərdən keçirməyi və hər halda özünü xatırlamağı tövsiyə edərdim. Bu, onda daha yaxşı alınar.

Rusiyada olimpiadanın keçirilməsi barədə

- Biz 2036-cı ildə Yay Oyunlarına ev sahibliyi etməyi düşünürük. Mənim bildiyim qədər Piter və Kazan artıq ərizələrini hazırlayıblar.


Müəllif: Səxavət

Oxşar xəbərlər