14 Avqust 2021 18:14
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, nazir bu barədə tvitter səhifəsində yazıb.

“Kahramanmaraşdakı yanğına müdaxilə zamanı yaşanan təyyarə qəzasında türk və rus ekipaj üzvlərinin həyatını itirməsindən böyük üzüntü duydum. Millətmizin başı sağ olsun. Rus xalqına da başsağlığı veririk. Qəhrəmanca fədakarlıqları unudulmayacaq!”, - o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər