18 Avqust 2021 12:15
2 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya ordusu ölkədə yenidən müharibənin başlayacağı ehtimalının olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviya ordusunun Qərb Dairəsinin komandanı general-mayor Üsamə əl-Cüveyli açıqlama ilə çıxış edib.

General döyüşlərin yenidən başlayacağı əlamətlərinin artıq göründüyünü bildirib.

Cüveyli Qərb dövlətlərinin əvvəlki qanuni hökumətin Türkiyə ilə imzaladığı razılaşma və anlaşma memorandumlarının dondurulması tələbini birmənalı olaraq rədd etdiklərini bildirb:

“Türkiyə ilə razılaşma beynəlxalq səviyyədə tanınan hökumətin Tripoliyə hücumları dəf etmək istəyi ilə əldə edilib. Rusiya və digər ölkələr isə Liviya ilə heç bir razılaşmanı dəstəkləmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər