19 Avqust 2021 10:06
1 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani “qan tökülməməsi üçün” qaçdığı ölkəsinə qayıtmaq istədiyini açıqlayıb. ABŞ isə “Qani artıq Əfqanıstan siyasətində aktor deyil” mesajını verib.

Teleqraf.com xəbər verir ki, ailəsi ilə birlikdə BƏƏ-yə sığındığı üzə çıxan Əşrəf Qani dünən Feysbuk səhifəsində paylaşdığı videoda ölkəsini istəyərək tərk etmədiyini bildirib.

Talibanın Kabili ələ keçirməsi ilə ölkədən qaçan eks-prezident qan tökülməsinin və xaosun qarşısını almaq üçün ölkəsindən getdiyini, taliblərlə keçmiş dövlət başçısı Həmid Kərzayi arasında başlayan danışıqları dəstəklədiyini deyib.

Talibanın əldə edilən razılaşmanı pozaraq Kabilə daxil olduğunu deyən Qani ayaqqabılarını dəyişdirməyə belə vaxtının olmadığını vurğulayıb. O, gedərkən külli miqdarda pul aparması iddiasını da təkzib edib.

Mühacirətdə qalmaq fikrində olmadığını vurğulayan Qani ən qısa vaxtda ölkəsinə qayıtmaq istədiyini və bunun üçün danışıqlar apardığını söyləyib.

BƏƏ dünən Qani və ailəsinə sığınacaq verildiyini açıqlayıb.

Əşrəf Qaninin videosundan sonra Vaşinqtondan gələn bir açıqlama diqqət çəkib. ABŞ Dövlət katibinin müavini Vendi Şerman ölkəsini tərk edərək BƏƏ-yə sığınan Qaninin artıq Əfqanıstan siyasətində aktor kimi görünmədiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər