Dünən Moskva yaxınlığındakı məscidlərin birində 600-a yaxın müsəlman saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bunu vəkil Lidiya Anosova deyib.
Vəkil bildirib ki, onda olan məlumata görə, 600-ə yaxın şəxs saxlanılıb:
“Bu şəxslər Kotelnikidəki məsciddə həbs edilib. Onları polisə aparıb. Nədə günahlandırıldıqları hələ bilinmir”.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva regional idarəsi həbslərlə bağlı gələn xəbərləri nəzarətə aldıqlarını deyib.