21 Avqust 2021 12:51
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

2001-i ildən bu yana sürgündə olan “Taliban”ın siyasi ofisinin lideri Molla Əbdülqani Biradər Əfqanıstanda hökumətin qurulması üçün müzakirələr aparmaq məqsədilə Kabilə gəlib.

Teleqraf.com xatırladır ki, Molla Biradər iki gün əvvəl 20 illik fasilədən sonra Qətərin paytaxtı Dohadan “Taliban”ın mərkəzi hesab olunan Qəndahara gəlib.

Bu gün səhər saatlarında Qəndahardan Kabilə doğru hərəkət edən Biradərin artıq paytaxta daxil olduğu bildirilir.

Taliban rəsmilərindən biri deyib ki, Biradər hamını razı salacaq hökumətin qurulması üçün liderlər və siyasilərlə görüşəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər