Rusiyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı bir gündə 20 564 nəfər artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Pandemiya başlayandan bəri ölkədə 6 747 087 nəfərə yoluxub. Koronavirusdan ölənlərin sayı 762 artaraq 176 044 nəfərə çatıb.
Yeni koronavirusa qarşı mübarizə üzrə federal əməliyyat qərargahından verilən məlumata görə, koronavirusdan sağalanların sayı bir gündə 15 414 təşkil edib.
Ümumilikdə isə 6 019 466 nəfər infeksiyadan sağalıb. Qərargahdan verilən məlumata görə, xəstəxanadan buraxılan insanların nisbəti yoluxanların ümumi sayının 89,2% -ni təşkil edir.