Belçikanın paytaxtı Brüsseldə hökumətin sosial və büdcə siyasətinə qarşı keçirilən etiraz aksiyasında baş vermiş qarşıdurmada 110 asayiş keşikçisi xəsarət alıb.
Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən məlumatına görə, 120 minədək insanın iştirak etdiyi nümayiş polislə toqquşmalarla yekunlaşıb.
Etirazçılar polisə daş parçaları atıb, zibil qutularını aşıraraq yandırıb, avtomobilləri çeviriblər. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. 13 nəfərin saxlanıldığı bildirilir.